Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,10 dollar, yəni 0,22% bahalaşaraq 44,76 dollarda qərarlaşıb.

Sfera.az Fins.az-a istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar (0,28%) artaraq 46,78 dollara təklif olunub.

Report-un məlumatına görə isə, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,28 dollar və yaxud 0,60% azalıb.

"AzeriLight” markalı neftin bir barelinin qiyməti 46,30 dollara bərabər olub.

Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR