"İlon Maskın Bakıdakı Konqresə onlayn 1 saat vaxt ayırması belə alqışlanılası haldır" - Fərid Pərdəşünas

Xəbər verdiyimiz kimi, 2-6 oktyabr tarixində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi baş tutdu.Konqresin son günü "Space X” şirkətinin sahibi İlon Mask Heydər Əliyev Mərkəzində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində onlayn qaydada "Daha təsiredici gələcək yaratmaq" mövzusunda çıxış edib.Sosial mediada İlon Maskın da konqresə gələcəyi yazılsa da, onlayn formatda qoşulması suallara səbəb olub.Eyni zamanda, konqresə biletlərin baha olması da iştirak etmək istəyənlərin narazılığına səbəb olub.

 

Bəs İlon Mask niyə konqresə onlayn qoşuldu və biletlərin baha olmasının səbəbi nədir?


 
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında texnobloger Fərid Pərdəşünas bildirib ki, İlon Maskın onlayn bir saat vaxt ayırması belə alqışlanası haldır:

 


“Dünən İlon Mask Bakıya canlı bağlanıb, düz 1 saat çıxış etdi. 2023-cü ilin hesablamalarına görə, İlon Maskın 1 saatlıq qazancı 1.6 milyon $-dır. İlonu yaxından izləyən biri olaraq deyə bilərəm ki, Maskı tədbirə gətirmək pullu deyil. Bu adamı, ümumiyyətlə, pulnan razı salmaq olmur. Bu da başa düşüləndir. Mask son zamanlar tədbirlərə qoşulmur və danışmır. Çox nadir hallarda onu görmək olar. Nəzərə alın ki, dünyada onlarla böyük texnologiya konqresi var ki, Maskı gətirmək istəyir, amma alınmır, gəlmir.

 

Çox təəssüf ki, bəzi media qurumlarının “klik” xatirinə yaydığı xəbərlər yanlış informasiyaya səbəb olub. İlon Maskın fiziki gəlmə xəbəri - açıqlaması olmayıb. Yalnız onlayn qaydada iştirakı nəzərdə tutulub. Media isə onlayn sözünü başlığa yazmadan "İlon Mask Bakıda konqresdə iştirak edəcək" deyə məlumatlar yayıb. Düşünürəm ki, İlon Maskın nazir Rəşad Nəbiyev ilə görüşüb, dəvəti qəbul etdikdən sonra 1 saat vaxt ayırması belə alqışlanası haldır”. 

 

F.Pərdəşünasın sözlərinə görə, biletlərin baha olması normaldır:

 

“Konqresin biletləri bizim üçün çox bahadır, amma bu, normaldır. Səbəb isə sadədir. Konqresi Azərbaycan təşkil etmir. Bakı sadəcə ev sahibidir. Bu konqres illərdir var və öz qiymət strategiyası var. Məsələn, mənim hər il iştirak etdiyim "Cannes Lions" Festivalına qoşulmaq 7000 manatdır. Eləcə də, Mobil Dünya Konqresi bileti 3000 manatdır. Burada təşkilatçılar adi insanları yox, sahənin ekspertlərini hədəf alırlar. Yəni pavilyonda gəzidiyin yerdə qarşına "NASA"nın yüksək vəzifəli şəxsləri, "JAXA"nın rəhbəri, hansısa astronavt çıxır və s. Beynəlxalq Konfransların belə strategiyası olur. Bunun Azərbaycanla əlaqəsi yoxdur. Çünki bu tədbirin əsas iştirakçıları xarici professionallar olur və onlar nəinki biletə bu qədər pul verir, konqres üçün otelə, uçuşa da xərc çəkirlər. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi bir çox məktəblərin əlaqədər sahə üzrə həvəskar şagirdlərini təşkilatçılar ilə danışaraq ictimai girişini pulsuz təmin etdi. Bu limitli sayda olsa da, məktəblilər və gənclər üçün fürsət yaradıldı”.

 

Yekun olaraq düşünürəm ki, bu Konqres illər sonra yenə Azərbaycanda baş tutmaqla keyfiyyətini ortaya qoydu. Ümumi təşkilatçılıq uğurlu alındı. Problemli dönəmdə olmağımıza baxmayaraq, qonaqlar problemsiz, təhlükəsiz qarşılandı və razı yola salındı”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...