"Anam analıqdan məhrum edilsin, Rəqsanə İsmayılova ilə qalıb ağ günə çıxmaq istəyirəm" - Prodüser Təranənin qızı

Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel "Səni axtarıram" verilişinə çıxıb. 

 

Sfera.az xəbər verir ki, Suel anası ilə bağlı müraciət ünvanlayıb.

 

O bildirib ki, Təranənin analıqdan məhrum edilməsini istəyir: 

 

"Keçmişdə yaşadığıqlarımı unutmaq üçün arzularım var. Özümdə güc toplayıb, müraciət edirəm. İstəyirəm bacımla bir qalım. Bacım üçün çox darıxıram. Ona baxırdım, ayrılanda elə bil bir parçam getdi. Rəqsanə İsmayılova ilə qalmaq istəyirəm. Anam isə icazə vermir. İstəyir ki, dövlətə təhvil versinlər, orada təhsil alım. Anam həbs olunmazdan əvvəl narkotikə qurşandı, özünü itirdi. Əvvəlki adam olmadı. İstəyirəm ki, müalicə olunsun, düzəlsin. Məni, öz övladını təhdid edir. Lazımdırsa anam analıqdan məhrum olunsun. Bacımla mən ağ günə çıxacağıqsa, razıyam. Nə etdisə, özü özünə etdi".

 

Suel anasının müğənni Rəqsanə İsmayılovanı hədələdiyini əlavə edib. 

 

Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.

 

İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.(axşam.az)

 

 

 


OXŞAR XƏBƏRLƏR

Xocalıda qumbara partladı - 17 yaşlı oğlan xəsarət aldı

Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və...

Şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...