Bu “gözəllik kraliçası" sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib - FOTOLAR

Bu “gözəllik kraliçası

Ukraynanın işğal olunmuş Donetsk sakini, internetdə “Miss DPR” ləqəbi ilə tanınan Alina Andrievskayanın şəkilləri yayılıb. O, Donetskdə “ən yaxşı və ən qalmaqallı rieltor” adlandırılan Kirill Siriusla müsahibəsində özünü “Kraliça” adlandırıb.


Sfera.az bildirir ki, sosial media istifadəçiləri Ukraynanın işğal olunmuş bölgəsinin "kraliçasının" görünüşünü çox pis qiymətləndiriblər. Çoxları onu kino və cizgi filmlərinin bir sıra personajlarına bənzədib.


Bütün istifadəçilər xüsusi görünüşünə görə bu titulun Alinaya verilməsini müzakirə edib.
 

Xüsusilə, onu "Əsl canavarlar" uşaq cizgi filminin qəhrəmanı Oblina və Freddy Krueger ilə müqayisə ediblər.


Şərhlərdə insanlar fikirlərini paylaşıblar:

“Gözəl qız?? Allah eləməsin ki, gecələr belə birisi ilə rastlaşasan”;
“Bəli, o, makiyajsız qorxu filmində çəkilə bilər”;
“Belə gözəllikdən insult keçirə bilərsən!”;
"Bu Frankenşteynin gəlinidir?"
 

Sosial şəbəkələrdə bu cür müzakirələrə baxmayaraq, Andrievskayanın özü bütün bunlara əhəmiyyət vermir və aktiv şəkildə paylaşımlar edir. Andrievskaya sosial şəbəkələrdə Donetskdəki həyatını nümayiş etdirir. O, tez-tez gül dəstələri ilə şəkillər paylaşır.
 

İnsanda belə bir təəssürat yaranır ki, Alina öz görünüşündən tamamilə razıdır. O, Instagram-da aşağıdakı ifadələri dərc etməklə abunəçilərinə tez-tez xatırladır: "Özünə qulluq xərc deyil. Bu, investisiyadır", "Bütün dünya belə sənə qarşı olsa belə, sən özün olmalısan”, “Hər şeydə gördüyün gözəllik səndəki gözəlliyin əksidir”, “Parlamağa utanma, çünki sən günəşsən” , “Özünü sevməyin sirri: heç vaxt özünü sonraya saxlama” və s.


Alina Andrievskaya kimdir?
 

Alinanın 41 yaşı var. O, özünü "Mukla" adlandırır. Onun sözlərinə görə, o, Donetskdə doğulub və təhlükəyə baxmayaraq, həyatı boyu oranı tərk etməyib. Lakin o, Donetski məhz kimin bu hala saldığı haqqında danışmır. Evlidir, bir qızı var.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...