İşlədikləri yerdən qaçırılaraq öldürülən 4 İşçi - 40 ildən çoxdur açılmayan Burger Şef Hadisəsi

İşlədikləri yerdən qaçırılaraq öldürülən 4 İşçi - 40 ildən çoxdur açılmayan Burger Şef Hadisəsi

17 noyabr 1978-ci ildə İndiana ştatının Speedway şəhərindəki Burger Chef restoranında adi günlərdən biri olub.


Sfera.az 40 ildən çox müddətdə üstü açılmayan “Burger Chef” hadisəsinin təfərrüatlarını təqdim edir.


Hadisə baş verən gün 20 yaşlı menecer köməkçisi Ceyn Fridt, 17 yaşlı Rut Ellen Şelton və 16 yaşlı Daniel Davis və Mark Flemmonds gündəlik işlərini davam etdirirdilər. Restoranın bağlanma vaxtı 23:00-a yaxınlaşdıqda, hər şey adi qaydada olduğu halda, gözlənilməz hal baş verib.


Həmin gün növbədə olmayan bir işçi “Burger Chef”ə gəlib, lakin gördükləri heç də ürəkaçan olmayıb.

Arxa qapının kilidi açıq idi və seyf tamamilə boş idi. Bundan əlavə, 4 işçi itkin düşüb. Üstəlik, işçilərdən birinin maşını dayanacaqda olmayıb.
Bunun üzərinə dərhal Speedway polis bölməsinə məlumat verilib və ertəsi gün hadisə yerində araşdırma aparılıb.


Əvvəla, seyfdə cəmi 581 dollar yox idi. Ona görə də bunu oğurluq hadisəsi hesab etmək olmazdı. Belə ki, işçilərin ziyafətə getmək üçün restoranı tərk etdikləri düşünülürdü.


Fikirlər bu istiqamətdə olsa da, hadisə yeri araşdırıldıqca məlum oldu ki, hadisə əslində çox fərqlidir.
 

İşçilər şaxtalı havaya baxmayaraq həm pulqabılarını, həm də pencəklərini mağazada qoyub getmişdilər. Lakin polis 4 əməkdaşın qayıdacağını düşünərək hadisə yerini tərk edib.


Övladlarından xəbər ala bilməyən ailələr polis qruplarına təzyiq göstərsələr də, polis hadisəni heç vaxt ciddiyə almayıb.


Hamı uşaqlardan xəbər gözlədiyi bir vaxtda işçilərdən biri olan Ceynin maşını şəhərin ortasında tapılıb.


Sürücü tərəfdən qapısı bağlı olan avtomobilin sərnişin qapısı açıq olub və tərk edilmiş kimi görünüb. Beləliklə, hadisənin adam oğurluğu olduğu qənaətinə gəlinib.
 

Hadisə bundan sonra ciddi qəbul edilsə də, artıq çox gec idi.


Çünki bir cütlük gəzinti zamanı restorandan 20 mil aralıda hələ də “Burger Chef”in iş paltarında olan 4 cəsəd aşkar edir.
 

Ruth Ellen Shelton və Den Davis başlarının arxasına atəş açılaraq öldürülüb. Jayne Friedt sinəsindən iki bıçaq zərbəsi almış, Mark Flemmonds isə öz qanına qərq olmuşdu.

 

Hadisə yerində heç bir dəlil tapa bilməyən polis qrupları hadisəni ilk növbədə ciddiyə alsaydılar, bəlkə də belə bir nəticə ortaya çıxmazdı.


Məhz iş məyusluqla bitəndə bir şahid restoran bağlanan vaxt restoranın dayanacağında iki nəfərin olduğu bir avtomobil gördüyünü deyib.
Sözügedən şübhəlilərin robot şəkilləri çəkilsə də, heç bir nəticə əldə edilməyib.


“Burger Chef” işi dəlil və şahidlərin olmaması səbəbindən bağlanıb.
 

Polis qrupları hadisə yerində araşdırma aparmaq üçün səhəri gözləmək əvəzinə dərhal hərəkətə keçsəydilər, bəlkə də bütün bunlar baş verməyəcəkdi.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...