“Bir hərbçinin manifesti və...” kitabının təqdimatı oldu - FOTO

“Bir hərbçinin manifesti və...” kitabının təqdimatı oldu - FOTO

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid baş leytenant Famil Əhmədzadəyə həsr edilmiş “Bir hərbçinin manifesti və...” kitabının təqdimat mərasimində iştirak edib.

 

Sfera.az bildirir ki, tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 44 günlük Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Famil Əhmədzadənin keçdiyi mənalı ömür və şərəfli döyüş yoluna bir daha nəzər salınıb.

 

Famil Əhmədzadə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi idi. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına qatılan qəhrəman vətən oğlu Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azad edilməsində böyük şücaət göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub. Noyabrın 3-də Şəhidlər Xiyabanında dəfn edilib.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...