“Davam” Gənclər Hərəkatı tərəfindən informasiya müharibəsi ilə bağlı maarifləndirmə ayı davam edir

Layihənin əsas məqsədi informasiya müharibəsində sosial mediadan istifadə qaydalarının gənclərə aşılanması, onların düzgün istiqamətləndirilməsi, virtual məkanda Azərbaycanın maraqlarının təmin edilməsi, dövlətimizi əleyhinə keçirilən “qara piar” kampaniyaları və saxta xəbərlərə qarşı mübarizə aparmaqdır.
Layihə çərçivəsində ilkin olaraq ekspert Əli Hacızadə tərəfindən “İnformasiya savaşı: informasiya təhlükəsizliyinə yeni baxış”, “Azxeber.com” İnformasiya Portalının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli tərəfindən “İnformasiya müharibəsi zamanı “saxla xəbərlər”lə mübarizədə gənclərin rolu”, jurnalist Kubra Məhərrəmova tərəfindən “Müasir dövrün informasiya müharibəsi”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən “Kibertəhlükəsizlik və onun informasiya müharibəsində rolunun hüquqi aspektləri”, Baku TV-nin aparıcısı və jurnalist İsmayıl Yaşaroğlu tərəfindən “Xüsusi Təyinatlı Jurnalistika” mövzusunda interaktiv görüşlər baş tutub. Görüşlər zamanı mövzular ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, keçirilən görüşlərin hər birində 20-25 nəfərlik fərqli gənc qrupları iştirak edib.