Şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər? - RƏSMİ

Cəmiyyət
16:37 / 06.10.2023
6281
Azərbaycanda banklar antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin yaxın qohumlarının da kredit borcunu silə bilər.
Sfera.az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
"44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin", - deyə o qeyd edib.