Aparıcıdan İcra Hakimiyyətinə SƏRT SÖZLƏR: "Nəyə lazımsınız, sözünüz varsa, zəng edin!"

Aparıcıdan İcra Hakimiyyətinə SƏRT SÖZLƏR:

Aparıcı Kubra Məhərrəmova Xətai Rayon İcra Hakimiyyətini sərt tənqid edib.

 

Sfera.az xəbər verir ki, o, canlı efirdə İcra Hakimiyyətini lazımsız adlandırıb:

 

"Allah eləməsin, həmin o qəzalı binada hansısa qəza baş versə və hansısa vətəndaşın həyatına faciəli halda son gəlsə, onda nə edəcəksiniz? Bütün problemlərə cənab prezident nəzarət etməlidir? Cənab prezident deyəndən sonra ki, filan hadisəni nəzarətimə alıram, bütün qurumlar mil durur. Yəni bütün işləri cənab prezidentmi görməlidir? O zaman siz nəyə lazımsınız?”

 

Aparıcı daha sonra efirin qaynar xətt nömrələrini xatırladaraq məsul şəxsləri açıqlama verməyə çağırıb:

 

“Bəli, yüksək tonal danışıram və tələb edirəm. O insanlar o vəziyyətdə yaşamalı deyil, çünki siz özünüz o vəziyyətdə yaşamırsınız. Hamımızın gözəl villaları, lüks mənzilləri var. O zaman, zəhmət çəkin, qəzalı vəziyyətdə olan binanı da təmir edin. Sadəcə "siyahıya almışıq" deməklə yaxanızı kənara çəkə bilməyəcəksiniz.Bizim qaynar xətlərimiz efirdə görünür. Deməyə sözünüz varsa, buyurun, zəng edin. İnsanları bu vəziyyətdə işgəncəyə məruz qoymaq olmaz”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...