ABŞ-dən Rusiyaya silah verən Şimali Koreyaya TƏHDİD: “Yaxşı olmayacaq”

ABŞ-dən Rusiyaya silah verən Şimali Koreyaya TƏHDİD: “Yaxşı olmayacaq”

Şimali Koreyanın son addımı səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, ABŞ-nin hədələyici açıqlamalarına baxmayaraq, sözügedən ölkə Rusiyaya ağır silahlar göndərməyə başlayıb. Bu barədə “CBS News” telekanalı hökumət rəsmisinə istinadən məlumat yayıb.

 

Bu addımın uzunmüddətli tədarük zənciri, yaxud məhdud göndərişin bir hissəsi olduğu bilinmir. Qeyd olunub ki, Şimali Koreyanın göndərilən sursat müqabilində Rusiyadan nə alacağı da bəlli deyil. Telekanal vurğulayıb ki, bu gedişat Ukraynanı çətin vəziyyətə sala bilər.

 

ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan isə bunları deyib: “Rusiyanı silahla təmin etmək Şimali Koreya üçün yaxşı olmayacaq. Onlar bunun əvəzini beynəlxalq ictimaiyyətdə ödəyəcəklər”.

 

Xatırladaq ki, ötən ay Rusiyaya səfər edən Şimali Koreya lideri Kim Çen İn Putinlə ikitərəfli görüşlər keçirib. Onlar strateji əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib. Moskvanın Pxenyana peyk və nüvə sualtı qayıqları göndərməsi müqabilində Kimin Rusiyaya artilleriya mərmiləri və tank əleyhinə raketlər vermə planının müzakirə edildiyi iddia olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...