Sülhməramlılar Qarabağdan nə vaxt çıxarılacaq? - Konkret tarix...

Sülhməramlılar Qarabağdan nə vaxt çıxarılacaq? - Konkret tarix...

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin “Dağlıq Qarabağ”dan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin “Dağlıq Qarabağ”dan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq.

 

TASS-a danışan mənbə xatırladıb ki, Rusiyanın “Dağlıq Qarabağ”dakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən etibarən beş il müddətinə müəyyən edilib. Sülhməramlıların qalma müddəti müqavilə tərəflərindən heç biri müddətin bitməsinə 6 ay qalmış bəyan etməsə, avtomatik olaraq daha beş il müddətinə uzadılır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR