"Yeni Klinika”nın həbsdən çıxan sabiq direktoru bu xəstəxanada İŞƏ BAŞLADI

Cəmiyyət
12:52 / 06.10.2023
6298
"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.
Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.
Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.