Lirə və rubl manat qarşısında ucuzlaşır – SON MƏZƏNNƏLƏR

Lirə və rubl manat qarşısında ucuzlaşır – SON MƏZƏNNƏLƏR

Manatın Türkiyə lirəsi və Rusiya rubluna qarşı bahalaşması davam edir.

 

Sfera.az xəbər verir ki, Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnəyə əsasən, bir manat 59,2 rubla və 16,3 lirəyə bərabərdir. Başqa sözlə, hazırda 100 rubl 1,7 manata, 100 lirə 6,14 manata dəyişdirilir. Avqustun 25-26 tarixlərində 100 lirə 6,5 manat, mayda isə 8,6 manat idi. Son 5 ayda lirənin manat qarşısında 29 faiz ucuzlaşması qeydə alınıb. May ayından sonra rublun dəyərində də ciddi enmə müşahidə olunub. Beş ay əvvəl 100 rubl 2,21 manat idi. Müqayisə göstərir ki, ötən müddətdə rubl manata nisbətən 23 faizdən çox ucuzlaşıb.

 

Rusiya və Türkiyə Azərbaycanın qeyri-neft məhsullarının ticarətində əsas tərəfdaşıdır. Buna görə də lirə və rublun ucuzlaşması Azərbaycana idxal edilən malların dəyərinin düşməsinə də səbəb olur ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərir. Azərbaycanda rubl və lirənin ucuzlaşması ABŞ dollarının həmin valyutalara qarşı bahalaşması ilə bağlıdır. Hazırda bir dollar 27,6 lirəni və 100 rublu keçib. Dolların manata qarşı məzənnəsi sabit olduğundan dolayısı ilə manat da həmin valyutalara nisbətən bahalaşır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...