Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: "16 yaşımda cinsi..." + FOTO

Maqazin
10:38 / 06.10.2023
4624
Türkiyənin məşhur aktrisası və müğənnisi Yeşim Salkım cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qadınlara qarşı zorakılıq haqqında maarifləndirmə məqsədi daşıyan və 70-ci illərdə baş vermiş gerçək bir hekayədən bəhs edən “Serçenin göz yaşları” üçün mətbuat konfransı keçirilib.
Filmin baş rol aktrisalarından olan Yeşim Salkım "Hər şəkildə zorakılığa məruz qalmış bir qadınam. Həm sözlü, həm də cinsi şəkildə" deyə açıqlama verib.
O, 16 yaşında təcavüzə uğradığını etiraf edib.