Xankəndidə kafedral və kilsə mühafizə olunur

Xankəndidə kafedral və kilsə mühafizə olunur

Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 katedral və 1 kilsə qorunur. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri  – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir. 

 

Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır.


OXŞAR XƏBƏRLƏR