"TikTok"da 181 nəfəri aldadan şəxs saxlanıldı - VİDEO

“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “yüksək maaşla iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Sfera.az-a verilən məlumata görə, bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Araşdırmalarla T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək, bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. T.Kərimovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...