DİN-in hərbi qulluqçusu MİNAYA DÜŞDÜ

DİN-in hərbi qulluqçusu MİNAYA DÜŞDÜ

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən  Sfera.az-a bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR