"Donald Trampın şousu bitdi" - SƏRT AÇIQLAMA
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mülki fırıldaqçılıq üzrə məhkəmənin üçüncü günü günorta saatlarında məhkəməni tərk edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmədən əvvəl açıqlamalar verən Tramp bu işin özünə qarşı siyasi sui-qəsd olduğu iddiasını təkrarlayıb:
"Bu iş biabırçılıqdır. Daha əvvəl belə bir şey olmayıb" .
Baş prokuror Ceyms isə dinləmələrdən əvvəl verdiyi açıqlamada Trampın bəyanatlarını “aqressiv” və “əsassız” adlandırıb:
"Mən bu cür zorakılığa boyun əyməyəcəyəm. Donald Trampın şousu bitdi".
Qeyd edək ki, Donald Tramp mülki dələduzluqla ittiham olunur. 2022-ci ilin sentyabrında Nyu-York baş prokuroru Letitia Ceyms tərəfindən açılan mülki fırıldaq işi üzrə iddiada Tramp və onun uşaqları, həmçinin, “Trump Organization” şirkətinin bəzi rəhbər şəxsləri bank kreditləri və sığorta əməliyyatları haqqında yalan məlumat verməkdə ittiham ediliblər.
İttihamnamədə Trampın Manhettendəki “Trump Tower”, Floridadakı “Mar-a-Laqo” malikanəsi, müxtəlif ofis binaları və qolf meydançaları var. Prokurorluq iddia çərçivəsində Tramp və oğullarından ən azı 250 milyon dollar cərimə tələb edib. Eyni zamanda, Erik Trampın Nyu-Yorkdakı şirkətinə, Donald Trampın isə şirkətlərinə 5 illik fəaliyyət qadağası istəyib.
Firuzə Əliyeva