Rusiya Gürcüstan sahillərində HƏRBİ BAZA YARADIR

Rusiya Gürcüstan sahillərində HƏRBİ BAZA YARADIR

Rusiya qondarma Abxaziya Respublikasının Qara dəniz sahillərində yeni hərbi baza yaradacaq.

 

Sfera.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Abxaziyanın lideri Aslan Bjaniya bildirib.

 

Gürcüstan ərazisi olan Abxaziyanın Qara dənizə çıxışı var. Dünən Bjaniya Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. “İzvestiya”da yer alan xəbərə görə, Bjaniya Oçamçira bölgəsində daimi dəniz bazası üçün müqavilə imzalandığını bildirib.

 

"Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Rusiya donanmasının Oçamçira bölgəsində daimi bazası olacaq. Bu müqavilə həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır və bu cür qarşılıqlı fəaliyyətlər davam edəcək”.

 

Xatırladaq ki, Rusiya qoşunları 2008-ci il avqustun 12-də başa çatan beş günlük müharibədə Gürcüstanın Cənubi Osetiyanı geri almaq cəhdini dəf etdikdən sonra Abxaziyanın və digər separatçı region olan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Beynəlxalq hüquqa görə Abxaziya Gürcüstanın bir hissəsi olsa da faktiki olaraq Rusiyanın bir əyalətidir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...