Azərbaycanlı qadın sahibkar “Forbes”un qonağı olub - FOTO

Azərbaycanlı qadın sahibkar “Forbes”un qonağı olub - FOTO

Azərbaycanın tanınmış qadın sahibkarlarından olan “Bloom Group” marketinq agentliyinin təsisçisi, “Femmes Digitales” qadın klubunun həmtəsisçisi və idarə heyətinin üzvü Səbinə Pərvizi beynəlxalq biznes jurnalı “Forbes”un Almatıda keçirilən illik “Woman Club” forumunda Azərbaycanı uğurla təmsil edib.  Onun biznesin rəqəmsallaşması, qadın liderliyinin inkişafı, ChatGPT və süni intellektdən istifadə, onun faydalı və zərərli tərəfləri mövzularında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

 

Qeyd edək ki, Səbinə xanım müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan uğurlu iş qadınlarını  bir araya gətirən tədbirə ölkəmizdən dəvət olunan yeganə iştirakçıdır.

 

O, öz çıxışında kiçik və orta biznesin inkişaf etməsi, biznesin genişlənməsi və ölkə sərhədlərindən kənara çıxması üçün rəqəmsallaşmanın önəmindən danışıb, həmçinin KOB- ların rəqəmsallaşma səviyyəsini artırmaq üçün dövlət dəstəyinin zəruriliyini qeyd edib.

 

“Pandemiya dövründə rəqəmsallaşmanın zəruriliyini daha aydın gördük. Biz “Bloom Group” olaraq məhz rəqəmsallaşmanın hesabına həmin gərgin dövrü geridə qoya bildik və hətta müəyyən uğurlar əldə etdik. O zaman biz ölkədə ilk dəfə tədbirləri onlayn təşkil etməyə başladıq və bu, uğurlu oldu, nəticə etibarilə təkcə bir il ərzində 100-dən çox onlayn tədbir keçirdik. Məhz rəqəmsallaşma sayəsində bütün problemlərdən çıxış yolu tapdıq və çətinlikləri geridə qoyduq.

 

Biz bilirik ki, rəqəmsallaşma olmadan inkişaf mümkün deyil. Odur ki, rəqəmsallaşmanın önəmini nəzərə alaraq, biz “Femmes Digitales” olaraq Azərbaycan xanımlarının informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsinə çalışırıq. Bunun üçün biz regionlarda məktəbli qızlarla görüşür, onlara rəqəmsəmsallaşma ilə bağlı məlumat verir və onları İT sahəsində karyera qurmağa həvəsləndiririk”, - deyə Səbinə Pərvizi vurğulayıb.   

 

Bundan başqa, “Bloom Group” marketinq agentliyinin təsisçisi və direktoru olaraq Səbinə xanım qadın liderliyinin inkişafı mövzusunda öz təcrübələrini bölüşüb.

 

“Mən əminəm ki, gələcək qadın liderlərindir. Çünki empatiya indi çox vacibdir və bu qadınlarda daha çox inkişaf edib. Biz mütləq emosional intellekti inkişaf etdirməli, onun üzərində işləməliyik. Bu, qadın liderlərin daha da artmasına nail olmaqda bizə kömək edəcək.

 

Yeri gəlmişkən bildirim ki, Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən də İT-də qadın liderlərin sayı hər il artır. Azərbaycan bu sahədəki təcrübələrini digər ölkələrdə bölüşməyə hazırdır”, - deyə azərbaycanlı sahibkar xanım qeyd edib.

 

İş-həyat balansının müzakirəsi zamanı isə o bildirib ki, qadınlar üçün ideal tarazlığı saxlamağın çox çətin olduğu müasir dünyada cəmiyyət cəmiyyət və dövlət qadınlara dəstək olmalıdır.

 

Yekun olaraq, sual-cavab sessiyasında müasir dövrün ən aktual mövzusu – Süni intellektdən istifadə müzakirə olunub. Səbinə xanım rəhbərlik etdiyi “Bloom Group” marketinq agentliyində ChatGPT-dən istifadə olunması ilə bağlı öz  təcrübələrini bölüşüb.

 

“Biz reallıqlara və tendensiyalara uyğunlaşır və öz fəaliyyətimizdə süni intellektdən istifadə edirik.  Bu, vaxta və insan resurslarına qənaət etməyə kömək edir. Komandam öz bilikləri və süni intellekt sayəsində indi daha çox iş görür. Bu da bizə rəqabətqabiliyyətli qalmağa imkan verir”, - deyə Səbinə Pərvizi qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...