Ən az və ən çox sərnişin hansı günlərdə daşınıb? – Bakı Metropoliteni maraqlı statistika AÇIQLADI

Ən az və ən çox sərnişin hansı günlərdə daşınıb? – Bakı Metropoliteni maraqlı statistika AÇIQLADI

Sentyabrın 15-dən Bakı metropolitenində qatarların yeni hərəkət qrafiki tətbiq olunur. Yeni tədris mövsümünün başlaması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar Bakı metropolitenində sərnişin sayı əsaslı şəkildə artıb. Bu səbəbdən Bakı metropolitenində stansiyaların fəaliyyəti, sərnişin axını, qatarların hərəkət qrafiki ilə bağlı monitorinqlər davam etdirilir.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

 

Şirkət bildirir ki, sərnişindaşıma statistikasına əsasən, daşımanın əsaslı şəkildə artmağa başladığı sentyabrın 15-dən metropolitendən istifadə edənlərin sayı orta hesabla gün ərzində 671 min 815 sərnişin təşkil edib. Bu, bütün ay ərzində orta gündəlik sərnişindaşımadan təxminən 60 min çox sərnişin deməkdir.

 

Ümumilikdə, 2023-cü ilin sentyabr ayında Bakı metropolitenindən 18 milyon 343 min 214 sərnişin və yaxud gün ərzində orta hesabla 611 min 440 sərnişin istifadə edib. Ən çox sərnişin sentyabr ayının 19-da (768 min 655), ən az isə ayın 3-də (355 min 508) daşınıb.

 

Məlumata görə, 2023-cü ilin 9 ayı ərzində metropolitenin daşıdığı sərnişin sayı 156 milyon 790 min 534 sərnişin təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çox olsa da, 2019-cu ilin müvafiq dövrünə nisbətən 7,6 faiz azdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...