Rusiyadan Ermənistana pul köçürmələri 7 dəfə artıb

Rusiyadan Ermənistana pul köçürmələri 7 dəfə artıb

Rusiyadan Ermənistana pul köçürülməsinin həcmi 2023-cü ildə də sürətlə artır.

 

Sfera.az RBK-ya istinadən xəbər verir ki, Rusiya Ukrayna müharibəsinin başlamasından sonra Rusiyadan keçmiş sovet respublikalarına pul köçürmələrində kəskin artım baş versə də 2023-cü ildə vəziyyət stabilləşib.

 

Amma Ermənistana köçürülən pulun həcmində sürətli artım hələ də davam edir.

 

RBK-nın Ermənistanın Mərkəzi Bankının verdiyi məlumatlara istinadən apardığı hesablamalara əsasən 2023-cü ilin avqustunda Rusiya vətəndaşları Ermənistana 32,8 milyard rubl ekvivalentində (təxminən 345 milyon dollar) və ya 2021-ci il üçün orta aylıq köçürmələrin həcmindən 7,2 dəfə çox pul köçürüblər.

 

Ümumilikdə, 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər Rusiyadan Ermənistana 322,1 milyard rubl (təxminən 3,5 milyard dollar) vəsait köçürülüb. Əgər ötən il hər ay orta hesabla 19,6 milyard rubl pul köçürülmüşdüsə, 2023-cü ildə orta məbləğ 27 milyard rubla çatıb.

 

RBK xatırladır ki, 2021-ci ildə Rusiyadan Ermənistana orta hesabla hər ay təxminən 5,3 milyard rubl köçürülmüşdü.

 

Ermənistana pul köçürmələrinin artması sadəcə ölkə vətəndaşlarının göndərdiyi pulun məbləğinin artması ilə bağlı deyil. Bu ölkədə son bir ildə çoxlu sayda Rusiya vətəndaşı da məskunlaşıb ki, bu da pul köçürmələrinin həcmini xeyli artırıb. Ermənistanın rəsmi məlumatına əsasən 2022-ci ildə ölkəyı 108-110 min rus gəlib və burada qalıb. Həmçinin, ötən il Rusiya qaynaqlı 2,5 min hüquqi şəxs və daha 4 min fərdi sahibkar Ermənistanda qeydiyyatdan keçib.

 

RBK-nın məlumatına görə sadalanan amillər Rusiyadan Ermənistana pul köçürülməsini artırır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...