Tikintidə işləyən fəhlə fəciəvi şəkildə öldü

Tikintidə işləyən fəhlə fəciəvi şəkildə öldü

Ordubad rayonunda İaşə obyektinin tikintisi zamanı fəhlə ölüb, faktla bağlı cinayət işi başlanıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Sfera.az-a bildirilib ki, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb.

 

Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.

 

Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...