Qanunsuz ağac kəsənlər cəzalandırıldı

Qanunsuz ağac kəsənlər cəzalandırıldı

Bakı şəhəri Binəqədi rayonu, Abşeron rayonu Xırdalan şəhəri, Ağdaş rayonu və Mingəçevir şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

 

Sfera.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 44 ünvanında vətəndaş Elmira Əliyeva, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində “SAS İnşaat” MMC, Ağdaş rayonu Tofiqi kəndi ərazisində vətəndaş Rza Məmmədov, Mingəçevir şəhəri Sağ sahil qəsəbəsində isə vətəndaş Sultan Məmişova tərəfindən kəsildiyi məlum olub.

 

“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan Gözlənilən Addım: Faiz dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, AMB-nin İdarə Heyəti uçot dər...

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...