Venesiyada avtobus körpüdən aşdı - 20 nəfər öldü + FOTO

Venesiyada avtobus körpüdən aşdı - 20 nəfər öldü + FOTO

Venesiyada baş verən yol qəzasında 20 nəfər həlak olub, 21 nəfər ölümcül yaralanıb.


Sfera.az bildirir ki, qəza axşam saat 20:00 radələrində Venesiya ətrafı Mestredə, insanları daşıyan avtobusun yerüstü keçiddən düşməsi nəticəsində baş verib.
 

İtalya KİV-nin məlumatına görə, qəzaya uğrayan avtobus metanla hərəkət etdiyi üçün zərbədən dərhal sonra alovlanıb.
 

Eniş zamanı avtobus hasardan keçərək təxminən 10 metr uçub. Daha sonra avtomobil dəmir yolu relslərinə düşüb və yanıb.
 

Hadisə şahidlərinin cib telefonlarından çəkilən ilk foto, videolarda yardımın hələ gəlmədiyini göstərsə də, qəza yerinə gedən onlarla avtomobilin sirenaları eşidilir. Avtobusun ətrafında yaxınlıqdakı insanları da görmək mümkündür, güclü alov səbəbindən avtomobilə yaxınlaşa bilməyiblər.


“Təcili yardım mütəxəssisləri hadisə yerindədir. Təcili yardım maşınları gəlib. Venesiyanın yerli səhiyyə departamenti bütün xəstəxananın təcili yardım otaqlarının açıq saxlanılmasını və işçilərin işə çağırılmasını özündə əks etdirən böyük fövqəladə protokolunu işə salıb”.


Venesiya meri Luici Brugnaro hadisəyə münasibət bildirərkən, qəzanı apokaliptik səhnə adlandırıb.
 

"Dəhşətli faciə, apokaliptik səhnə, deyəcək söz yoxdur"-deyə şəhər meri Facebook-da yazıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...