Müğənni oğlunu qaçırmaq üçün işçi götürməkdə ittiham olunur
Amerikalı müğənni və aktrisa Cher 2022-ci ildə həyat yoldaşı ilə qaldığı Nyu-Yorkdakı oteldən 47 yaşlı oğlu İlyas Blu Allmanı qaçırmaq üçün insanları işə götürməkdə günahlandırılır.
Sfera.az bildirir ki, Cherin gəlini hazırda ərinin harada olması barədə məlumatın olmadığını iddia edir.
Jurnalistlərin dediyinə görə, Cherin gəlini İlyas Mariya Kinqin təqdim etdiyi məhkəmə sənədlərində iddia olunur ki, dörd kişi ötən ilin noyabrında evlilik ildönümünü qeyd edərkən ərini Nyu-Yorkdakı otel otağından çıxarıb. Cütlük münasibətlərini yaxşılaşdırmağa və evliliklərini xilas etməyə çalışıblar, buna görə də birlikdə vaxt keçirmək istəyiblər. Bu, barışmaq cəhdi olub.
Los-Anceles Ali Məhkəməsində boşanma prosesinin bir hissəsi kimi təqdim edilən məhkəmə sənədlərində King, Allman ilə oteldə 12 gün evlilikləri üçün mübarizə apardıqlarını bildirib.
Amma “Nyu-Yorkda 12 gün birlikdə olduqdan sonra, 2022-ci il noyabrın 30-da, toyumuzun ildönümündə dörd kişi otağımıza girib (Almanı - red.) otağımızdan götürdülər... Onu aparan kişilərdən biri mənə dedi ki, onları Almanın anası işə götürüb”-Maria King məhkəməyə müraciətində iddia edib.
“Hazırda ərimin başına nə gəldiyi və harada olması barədə heç bir məlumatım yoxdur"-deyə Cherin gəlini qeyd edib və onun üçün çox narahat olduğunu bildirib.
Jurnalistlər açıqlama üçün Cher və Maria King nümayəndələrinə müraciət etsə də, hələ ki, cavab almayıblar.
Xatırladaq ki, sentyabrın 28-də Cerin 40 yaşlı kiçik sevgilisi ilə Balmain şousuna qatıldığı xəbəri yayılmışdı. May ayında ayrılan cütlük sentyabrda yenidən bir araya gəlib.
Aynil