Milyon avroluq avtoqəza - Bollivud ulduzları və İsveçrəli zənginlərin İtaliyadakı “hoqqa”ları

Milyon avroluq avtoqəza - Bollivud ulduzları və İsveçrəli zənginlərin İtaliyadakı “hoqqa”ları

Sardiniya adasında yolda aşmış mikroavtobusdan yayınmağa vaxt tapmayan iki superavtomobil toqqaşıb. Nəticədə logistika şirkətinə sahib olan isveçrəli cütlük həlak olub, bir neçə Bollivud ulduzu isə ölümdən çətinliklə xilas olub.

Sfera.az bildirir ki, İtaliyada “Ferrari” “Lamborghini” ilə toqquşub.


Qəza anı


Videoda yolda aşmış mikroavtobusun yanından keçmək istəyən cütlüyün avtomobilinin başqa bir cütlüyün maşınına çırpılmasının şok anı lentə alınıb.


Krautli Belçika, İsveçrə və Portuqaliyada ofisləri olan ailəyə məxsus olan “Croutley” (Krautli) logistika firmasında çalışıb.
 

Bu arada, az qala yol qəzasında ölən hindli cütlüyün hindistanlı məşhurlar olduğu üzə çıxıb: aktrisa Qayatri Coşi və əri Vikas Oberoi.
 

Onlar “Lamborghini” markalı avtomobildə olublar. Həm onların, həm, Krautlilərin “Ferrari”si yük maşını ilə toqquşub.
 

"Vikasla İtaliyadayıq. Burada qəzaya düşdük - bir neçə avtomobil toqquşdu. Allahın lütfü ilə ikimizdə də hər şey qaydasındadır"- aktrisa artıq jurnalistlərə bildirib.


Aktrisa Qayatri Coşi və əri Vikas Oberoi


Qəza ötən gecə Sardiniyanın cənubunda baş verib.

Videoda ağ rəngli mikroavtobusun yolda parlaq rəngli idman avtomobilləri cərgəsinin qarşısında hərəkət etdiyi görünür.
 

Lakin bir neçə saniyə sonra qırmızı “Ferrari” mavi “Lamborghini”nin arxasınca gedir və eyni zamanda furqondan qaçmağa çalışır.
 

Görünür, elə məhz bu, “Lamborghini”nin mikroavtobusun altında sürməsinə və onun çevrilməsinə səbəb olur. Şahidlərin dediyinə görə, kamperin digər tərəfində gözdən uzaq olan “Ferrari” də çevrilib və alovlanıb və cütlük içəridə qalıb.
 

Krautli cütlütü 67 və 63 yaşlarında olub. Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində onlar yanıblar.
 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub, yol bağlanıb.


Selva di Val Qardenadan olan 61 və 62 yaşlı Lorenzolar kamper furqonunda səyahətdə olub. Onlar da yaralanaraq xəstəxanaya aparılıb.


Cütlük oturacaqların altından qalxaraq maşından düşə bilib.
 

"Çıxanda cəhənnəmdə olduğumuzu düşündük" - deyə Lorenzo bildirib. “Ferrari” birdən alovlanaraq yanıb, şahidlərin qışqırtıları eşidilib.


Hadisədən sonrakı digər videoda isə toqquşmaya qarışmayan bəzi idman avtomobillərinin yol kənarında dayandığı görünür.
 

İstintaq davam etdiyi üçün 3 avtomobilin qalıqları səlahiyyətlilər tərəfindən ələ keçirilib.
 

İtaliya mətbuatı xəbər verir ki, lüks avtomobillərdə olan bütün sərnişinlər Teuladada başlayan və Olbiyada başa çatması planlaşdırılan “Sardinia Supercar Experience” turunda iştirak ediblər.
 

Tur davam edən bir neçə gün ərzində iştirakçılar rəngarəng avtomobillərdə adanın ətrafında səyahət edir, müşahidə göyərtələrinə baş çəkir və bahalı otellərdə gecələyirlər.
 

Öz avtomobilləri ilə səyahət turistlətə £10,409-a başa gəlir.Təşkilatçıdan icarəyə götürülmüş “Ferrari SF90” ilə çoxgünlük səyahəti isə £21,515-ə sifariş etmək olar.
 

Xatırladaq ki, ötən il Hindistanlı milyarder, “Tata” şirkətinin keçmiş rəhbəri Mumbayda dünyasını dəyişmişdi. Onun dəbdəbəli avtomobili körpünün üzərindəki ayırıcıya çırpılıb.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlandı

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. &nbs...

Alimlər vaxtından əvvəl doğulmuş insanların sağlamlığı ilə bağlı mifi dağıdıblar

Liggins İnstitutunun alimləri müəyyən ediblər ki, vaxtından əvvəl doğulmuş yetkinlərin şəkərli diabet, ciddi ürək xəstəliyi və dislipidemiyadan əziyyət çəkmə eh...

Donmuş gölün ortasında hələ də sirri açılmayan qala tapıldı - FOTO

Polşada donmuş gölün üzərində sirli Stobnica qalası ucalır. Onun tikintisi və sahiblik tarixi sirrlərlə doludur. Süni adada yerləşən əzəmətli bina ilk olaraq ha...

Panama kanalının Trampa nə üçün lazım olduğu məlum oldu

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalını geri qaytarmaqla hədələyir, çünki o, ilk növbədə Amerika iqtisadiyyatını gücləndirməyə çalışır və ...

Mehriban Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.   Sfera.az payla...

Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, dövlət başçısını...