Rəhman Rəhmanov oğlunun vəsiyyətini açıqladı

Rəhman Rəhmanov oğlunun vəsiyyətini açıqladı

"Gecə saat iki idi. Yoldaşım məni yuxudan oyatdı və dedi ki, qorxma, amma Emilin vəziyyəti pisləşir. Gecə 3-də onu gətirdilər, huşu özündə deyildi. Məni əvvəl tanımadı, başına sığal çəkib öpdüm. Dedim ki, atandır. Mənə baxdı və tanımadı".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Bizimləsən" proqramına müsahibəsində danışıb. Sənətçi mərhum müğənni oğlu Emil Rəhmanoğlunun öləcəyini əvvəlcədən hiss etdiyini bildirib:

 

"Səhər 9-da reanimasiyanın qapısında həkim dedi ki, oğlunuzun 2 saat vaxtı qalıb. Məni başa saldı ki, böyrəklər fəaliyyətini dayandırıb. Qan baldırında tromb yaradıb, böyrəyin, ürəyin, qaraciyərin fəaliyyətini saxlayıb. Ürəyini aparata qoşdular. Həkim necə demişdisə, saat 11-də dünyasını dəyişdi. 

 

Onda bir şeyi hiss eləmişdim. Öləcəyi insanın ürəyinə damır. Mən həmin müddətdə məzuniyyətdə idim. Amma ürəyim Emilin yanında idi. İçimdə hiss edirdim ki, ona nəsə olacaq. Bir ay əvvəl isə Emil mənə demişdi ki, onu qardaşı İlhamın məzarına aparım. Ziyarət zamanı hönkür-hönkür ağladı. Qayıdanda dedi ki, ölsəm, İlhamın yanında basdırın. Bu onun sonuncu vəsiyyəti idi".

 

Qeyd edək ki, Emin Rəhmanoğlu sentyabrın 19-da dünyasını dəyişib. 


OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...