Rusiya və ABŞ rəsmiləri Qarabağa görə İstanbulda bir araya gəlib - “Politico” nəşri GİZLİ GÖRÜŞdən yazdı
Rusiya Avropa İttifaqı (Aİ) və ABŞ-la gizli danışıqlar aparıb.
Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Qeyd olunub ki, müzakirələr Qarabağ ətrafında vəziyyətin normallaşdırılması ilə bağlı olub.
“ABŞ və Aİ-nin yüksək rütbəli rəsmiləri Qarabağ münaqişəsinin həlli üçün Türkiyədə gizli danışıqlar aparmaq məqsədilə təcili olaraq rusiyalı həmkarları ilə görüşüblər”, - nəşr yazıb.
“Politico” əlavə edib ki, sentyabrın 17-də İstanbulda baş tutan görüşün əsas məqsədi Ermənistandan humanitar yardımın keçirilməsinə icazə verilməsi üçün Azərbaycana təzyiq göstərmək olub.
“ABŞ-ni Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni onun regiondakı nümayəndəsi Toivo Klaara, Rusiyanı isə Rusiya Prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib”, deyə nəşr bildirib.
Günay