19 yaşında görünən “Dünyanın ən cazibədar nənəsi\" - Gəncliyinin sirlərini bölüşdü + FOTO

19 yaşında görünən “Dünyanın ən cazibədar nənəsi\

Avstraliyalı 53 yaşlı Gina Stewart (Cina Stüart) "dünyanın ən seksi nənəsi" adlandırılır. Qadının 53 yaşı tamam olmasına baxmayaraq, o, demək olar ki, 19 yaşında kimi görünür.

Sfera.az bildirir ki, 53 yaşlı Nənə" Cina Stüart bir dəfə Playboy üçün poza verib və sosial mediada böyük izləyiciləri var. O deyir ki, gənc görünmək üçün bahalı kremlərə ehtiyac yoxdur.

Onun fikrincə, dəriyə qulluq etməyin ən yaxşı yolu onu nəmləndirmək, həmçinin soyuq duş qəbul etmək və kriokameralara baş çəkməkdir.

"Mən yalnız şüşədən süzülmüş su içirəm və bəzən antioksidanlar üçün çobanyastığı və ya yaşıl çaydan həzz alıram".
 

Gina həmçinin deyir ki, o, duş qəbul edərkən dərisini "dartmaq və təzələmək" üçün "soyuq sprey" ilə bitirir. Duşdan çıxdıqdan sonra dərisini üzvi kokos yağı ilə nəmləndirir.
 

Gina deyir: "19 yaşımdan bəri dərimi gənc görünüşünü qorumaq üçün nəmləndirirəm".
 

Gina 19 yaşında:

“Ən isti nənə” həmçinin qan dövranını yaxşılaşdırmaq üçün üz dərisini masaj etdiyini, günəşdən qorunmaq üçün daim SPF kosmetik vasitələrdən istifadə etdiyini, həmçinin dərisini təmizləmək üçün mütəmadi olaraq saunaya getdiyini bildirib. Əgər bu kifayət etməsə, o, kollagen istehsalını stimullaşdırmaq və incə xəttləri azaltmaq üçün həftədə üç dəfə qırmızı işıq terapiyasından keçir.


"Həddindən artıq arıqlamadan qaçaraq üz quruluşumu və kollageni qoruyan sağlam çəki saxlayıram. Kriyodondurma kameralarına getmək mənə enerjili və eyforiyalı hiss etdirir və mən bunu ayda bir neçə dəfə edirəm. Müntəzəm saç analizi qida çatışmazlığını aşkar etməyə və uyğun olaraq onları müalicə etməyə kömək edir” - Gina deyir.


Xatırladaq ki, 54 yaşlı amerikalı aktrisa Cennifer Eniston da “CR Fashion Book” jurnalının 23-cü nömrəsinin qəhrəmanı olub, o da gözəlliyinin sirlərini bölüşüb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...