Metro və avtobuslarda bu “BakıKart”lardan istifadə dayandırıldı – RƏSMİ AÇIQLAMA

Metro və avtobuslarda bu “BakıKart”lardan istifadə dayandırıldı – RƏSMİ AÇIQLAMA

Bir müddətdir ki, məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”dan istifadə etmək mümkün deyil. Belə ki, metronun bütün stansiyalarındakı vestibüllərdə və “BakuBus” MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarında quraşdırılımış yeni terminallarda bu kartla bağlı xidmətin yalnız adı var. Çünki istifadə etmək istədikdə xidmətin hazırda mövcud olmadığı qeyd olunur. Xidmətin dayandırılması isə bəzi sərnişinlər tərəfindən narazılıqla qarşılanıb.Bəs görəsən, xidmətin dayandırılmasının səbəbi nədir?

 

Sfera.az xəbər evrir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  İqtisadiyyat.az-a açıqlamasında bu məsələnin təmsil etdiyi qurumun səlahiyyətlərinə daxil olmadığını bildirib. O, bunun yalnız “BakıKart”ın səlahiyyətində olduğunu söyləyib.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə açıqlamasında xidmətin dayandırılmasının səbəblərini açıqlayıb.

 

Onun sözlərinə görə, xidmətin dayandırılması müvəqqəti xarakterlidir: “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsi cari sistemdə təkmilləşdirmə işləri ilə əlaqədar müvəqqəti dayandırılıb. Sistem yenilənməsi tam bitdikən sonra xidmət bərpa ediləcək”.

 

Qeyd edək ki, məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”ların qiyməti 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,40 manatdır. Bu növ kart nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Kart heç bir halda geri qaytarılmır.

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...