“Maşını mən deyən yerə sürməsəniz, qumbaranı...” - Zaqataladakı DƏHŞƏTLİ HADİSƏNİN DETALLARI

“Maşını mən deyən yerə sürməsəniz, qumbaranı...” - Zaqataladakı DƏHŞƏTLİ HADİSƏNİN DETALLARI

Zaqatalada baş verən partlayışın təfərrüatı məlum olub. 

 

Sfera.az xəbər verir ki, hadisə tanışlar arasında düşən şəxsi mübahisə zəminində baş verib.

 

Belə ki, rayonun Yengiyan kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov sərxoş vəziyyətdə içərisində qonşusu Məqsəd Rzayevin olduğu avtomobili saxladaraq maşına əyləşib və onu gedəcəyi ünvana aparmağı tələb edib. Əks təqdirdə Həmid onları əlindəki qumbaranı partladacağı ilə hədələyib. Onlar razılaşıblar və Həmidi sakitləşdirməyə çalışıblar. Lakin sərxoş vəziyyətdə olan Həmid onlara məhəl qoymayıb. Həmid avtomobili bir neçə yerə sürdürüb. Bu zaman onların arasında narazılıq yaranıb. Bu narazılıqdan doğan mübahisə zəminində Həmid əlindəki qumbaranın alışdırıcısını çəkərək onları yenidən təhdid etməyə başlayıb. Nəticədə mübahisə daha da qızışıb və Həmid qumbaranı onların üstünə atıb.

 

Qumbaranın partlaması nəticəsində Həmid hadisədən dərhal sonra, Məqsəd Rzayev isə bir gün sonra xəstəxanada dünyasını dəyişiblər.

 

Hadisə zamanı xəsarət alan İlqar Cumayev isə xəstəxanada müalicə alır. Həkimlər onun həyat təhlükəsinin olmadığını deyirlər.

 

Artıq istintaq qrupu İlqar Cumayevin ilkin ifadəsini alıb.

 

Xatırladaq ki, Həmid Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır. Ehtimal olunur ki, o, əl qumbarasını müharibə zamanı əldə edib.

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.  

 

Qeyd edək ki, sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını partladıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.(Lent.az)


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...