Avropa Şurasının prezidenti Azərbaycan və Ermənistana vasitəçilik TƏKLİF ETDİ
Avropa Şurasının prezidenti Çarlz Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək sammit zamanı Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifi etmək niyyətindədir.
Sfera.az xəbər verir ki, o, bunu "Euronews" telekanalına müsahibəsində deyib.
Ç.Mişel qeyd edib ki, Rusiya etnik ermənilərə xəyanət edib və hərbi əməliyyatlar zamanı Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanla münaqişədən ibrət dərsi çıxarmaq lazım olduğunu açıqlayıb.
“Vəziyyət aydındır, heç kim Rusiyanın erməni əhalisinə xəyanət etdiyini görməzdən gələ bilməz. Axı bölgədə Rusiyanın hərbi qüvvələri var, amma hərbi əməliyyatlar zamanı Rusiya reaksiyasız qaldı. Rusiya Avropa İttifaqından fərqli olaraq hadisələr yerində olub və bildiyiniz kimi, Aİ-nin orada hərbi mövcudluğu yoxdur”, - Mişel bildirib.
Əzizə