Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbul keçirildi - FOTO

Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbul keçirildi - FOTO

03 oktyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirildi.

 

Qəbulda  rayon İcra Hakimiyyəti başçısı aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.

 

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.

 

Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR