Şoyqudan səfərbərliklə bağlı VACİB AÇIQLAMA: “50 mindən çox vətəndaş...”
Dünya
14:39 / 03.10.2023
6732
“Rusiya əlavə səfərbərlik həyata keçirməyi planlaşdırmır”.
Sfera.az bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, hazırda Rusiya ordusu müharibəni davam etdirmək üçün lazımi sayda hərbi personala malikdir.
“Biz buna müqavilə əsasında və ya könüllü birləşmələrin tərkibində xidmət edən rusların sayəsində nail olmuşuq. Təkcə sentyabr ayında 50 mindən çox vətəndaş müqavilə imzalayıb", - Şoyqu deyib.
Eyni zamanda nazir çağırışçıların döyüş bölgəsinə göndərilməyəcəyini də söyləyib.
Günay