Ermənistan parlamentində GƏRGİNLİK: Putinin həbsini nəzərdə tutan sənəd təsdiqləndi
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Sfera.az bildirir ki, bu barədə "Sputnik" məlumat yayıb. Səsvermə başlamazdan əvvəl “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, hətta bu layihənin müzakirəsi belə Ermənistan Konstitusiyasına ziddir.
Rəsmi İrəvanın Roma Statutuna qoşulmaq planlarına Moskva mənfi reaksiya verib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu, ikitərəfli münasibətlər üçün ən pis nəticələrə gətirib çıxaracaq. Ermənistan hakimiyyəti isə ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər. İqtidar ratifikasiyanın Azərbaycanla əlaqəli olduğunu müdafiə edib.
Qeyd edək ki, Ermənistan Respublikasının Nazirlər Kabineti 2022-ci ilin sonunda Roma Statusunun ratifikasiyası prosesinə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi isə Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
Günay