Son bir ayda zəhərlənmələr ən çox nədən olub? – Sirkə turşusu, göbələk...
Sağlıq
13:11 / 03.10.2023
8782
Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər müraciət edib.
Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Qeyd olunub ki, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub.
“Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərlənib. Digərlərindən 3-ü allergik reaksiyadan, 6-ı isə botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 14 nəfəri ilan sancıb. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 2-si kişi, 2-i qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib”, deyə məlumatda bildirilib.
Günay