İpoteka krediti götürmək üçün maaş yüksək olmalıdır - STATİSTİKA

İpoteka krediti götürmək üçün maaş yüksək olmalıdır - STATİSTİKA

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun açıqladığı məlumatlardan görünür ki, ipoteka krediti götürmək və onunla münasib mənzili ala bilmək üçün maaş çox yüksək olmalıdır. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin iyulun 1-nə qədər 40 482 ipoteka müqaviləsi bağlanıb. Məlumatlardan görünür ki, ipoteka müqaviləsi ilə mənzil alan şəxslərin böyük əksəriyyəti 1100 manatdan artıq əməkhaqqı alanlardır. 


Aylıq maaşı 1100 manatdan çox olan şəxslər ipoteka kreditlərinin 61,6 faizini götürüb.  Bu şəxslərlə 25 minə yaxın ipoteka müqaviləsi bağlanıb. 


Dinamika göstərir ki, gələcəkdə ipoteka krediti götürmək üçün daha yüksək əməkhaqqının olması tələb ediləcək. Buna səbəb mənzillərin dəyərinin artması və ipoteka krediti götürmək istəyənlər arasında yüksək maaş alanların çoxluq təşkil etməsidir. Biz bunu 2018-ci illə olan müqayisədən də görə bilərik. Həmin ildə aylıq gəliri 1100 manatdan çox olan şəxslər cəmi kredit götürənlərdə 50 faizini təşkil etdiyi halda hazırda 61,4 faizini təşkil edir.


Mənzillərin dəyəri yüksəldikdə həm ilkin ödəniş üçün çox pul lazım gəlir, həm də alınan kreditin məbləği də yüksəlir. Mövcud qaydalara əsasən, adi ipoteka kreditlərində alınan mənzilin dəyərinin 15 faizi, güzəştli kreditlərdə 10 faizi öncədən ödənilməlidir. Əgər mənzilin dəyəri 150 min manatdırsa, adi kreditdə ilkin ödəniş 22,5 min manatdan, güzəştli kreditlərdə 15 min manatdan az ola bilməz. 


Adi kreditlərdə mənzilin dəyərinin qalan hissəsini kreditlə ödəmək üçün 2 nəfərlik ailənin aylıq gəliri 1550 manatdan az olmamalıdır. Güzəştli kreditlərdə isə gəlirin ən azı 1100 manatın olması tələb edilir. 


Burada kredit götürənin yaşı da çox önəmlidir. Daha cavan insanlar daha uzun müddətə kredit götürmək imkanına sahibdir. Adi kreditləri maksimum 25 il müddətinə, güzəştli kreditləri 30 il müddətinə almaq olar. Müddət daha uzun olduqca aylıq ödəniş məbləği azalır ki, bu halda da tələb edilən əməkhaqqı məbləği də aşağı düşür. 


Ümumimilikdə, banklar əməkhaqqı ilə bağlı seçim edən zaman daha az kredit götürənə və əməkhaqqı məbləği yüksək olana üstünlük verir. Bu da səbəbsiz deyil. Çünki bu halda kreditin qeyri-işlək olması, yəni gecikdirilməsi ehtimalı da azalır.  


Buna görə də gələcəkdə həm mənzillərin bahalaşması, həm də əmək bazarında daha yüksək maaş alan insanların sayının artması ipoteka krediti alanlar arasında yüksək gəlirlilərin payının artmasına səbəb olacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...