Azərbaycan vətəndaşlığı alan Qarabağ erməniləri ilə bağlı AÇIQLAMA

Azərbaycan vətəndaşlığı alan Qarabağ erməniləri ilə bağlı AÇIQLAMA

Ötən gün bir qrup Qarabağ ermənisi vətəndaşlıq üçün Azərbaycana müraciət edib. Belə ki, ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə gəlib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər.

 

Maraqlıdır, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığı əldə etməsi necə həyata keçiriləcək?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Zaur Məmmədov xatırladıb ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir:

 

“Həmçinin, Qarabağda Azərbaycan manatının tam tədavülə keçməsi təmin edilir. Odur ki, burada yaşayan erməni sakinləri ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunacaq.  Onlar eyni zamanda, səyyar xidmətlərdən , yəni “ASAN” və “DOST”dan  faydalanacaqlar”.

 

Ekspert qeyd edib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilərlər:

 

“Həmçinin, Qarabağda erməni dilinin istifadəsinə də imkan yaradılacaq. Fikrimcə, ermənilər bələdiyyələrə cəlb oluna bilərlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlandı

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. &nbs...

Alimlər vaxtından əvvəl doğulmuş insanların sağlamlığı ilə bağlı mifi dağıdıblar

Liggins İnstitutunun alimləri müəyyən ediblər ki, vaxtından əvvəl doğulmuş yetkinlərin şəkərli diabet, ciddi ürək xəstəliyi və dislipidemiyadan əziyyət çəkmə eh...

Donmuş gölün ortasında hələ də sirri açılmayan qala tapıldı - FOTO

Polşada donmuş gölün üzərində sirli Stobnica qalası ucalır. Onun tikintisi və sahiblik tarixi sirrlərlə doludur. Süni adada yerləşən əzəmətli bina ilk olaraq ha...

Panama kanalının Trampa nə üçün lazım olduğu məlum oldu

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalını geri qaytarmaqla hədələyir, çünki o, ilk növbədə Amerika iqtisadiyyatını gücləndirməyə çalışır və ...

Mehriban Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.   Sfera.az payla...

Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, dövlət başçısını...