Muzey işçisi tablonu saxtası ilə əvəz edib, orijinalı satmaqla özünə Rolls Royce aldı

Muzey işçisi tablonu saxtası ilə əvəz edib, orijinalı satmaqla özünə Rolls Royce aldı

Almaniyada bir muzey işçisi rəsmi saxtası ilə əvəz edib, orijinalını sataraq “Rolls Royce” və bahalı qol saatları kimi dəbdəbəli əşyalar alıb.
 

Sfera.az bildirir ki, Münhen məhkəməsinin ciddi məxfilik qanunlarına görə adının açıqlanması mümkün olmayan 30 yaşlı kişi daha üç sənət əsərini oğurlamaqda da təqsirli bilinib. O, həbsdən yayınsa da, şərti 21 aylıq həbs cəzası alıb və muzeyə 60,600 avrodan çox pul ödəməyə məhkum edilib.
 

Bazar ertəsi günü dərc olunan press-relizdə Münhen rayon məhkəməsi bildirib ki, hökm çıxarılarkən həmin şəxsin günahını etiraf etdiyi və səmimi tövbə nümayiş etdirdiyi nəzərə alınıb.
 

"O, düşünmədən hərəkət etdiyini bildirib. Bu gün artıq davranışını izah edə bilmir"- məhkəmə qərarında deyilir.
 

Münhendəki Deutsche Muzeyinin əməkdaşı olan şəxs 2016-cı ilin may ayından 2018-ci ilin aprel ayına kimi kolleksiyaların idarə olunması şöbəsində işləyib. Bu zaman o, Frans fon Ştukun “Qurbağa şahzadənin nağılı” tablosunu oğurlayaraq, onu saxtası ilə əvəz edib və orijinalı hərraca çıxarıb. O, Münhen hərrac evinə yalan danışaraq bildirib ki, rəsm nə vaxtsa onun baba-nənəsinə və ya ulu babasına məxsus olub.
 

Frans von Stuck tərəfindən "Qurbağa şahzadənin nağılı" tablosu

 

Sonradan rəsm İsveçrə qalereyasına 70 min avroya satılıb və hərracdan rüsumlar çıxıldıqdan sonra adam demək olar ki, 50 min avro nağd pul alıb.
 

Bundan əlavə, o, muzeyin anbarından daha üç rəsm əsərini oğurlayıb və onlardan ikisini – Eduard fon Qrütznerin “Şərab sınağı” və Frans fon Defreqerin “Dağlarda odun yığan iki qız” əsərini uğurla satıb. Əsərlərdən biri hərracda satılıb, ikincisi isə birbaşa hərrac evi tərəfindən alınıb və bu ona daha 11 490 avro qazandırıb.
 

"Gəlirləri borclarını ödəmək və dəbdəbəli həyat tərzini maliyyələşdirmək üçün istifadə edib. Cavabdeh həyasızcasına saxlama anbarlarına daxil olmaq fürsətindən istifadə edib. Yüksək yaşayış səviyyəsini təmin etmək və özünü göstərmək üçün qiymətli mədəni sərvətləri satıb"-məhkəmə qərarında bildirilir.


Aysel

Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR