Rusiyalı zənginlər yenidən varlanır – Bu il milyarderlər sərvətlərini nə qədər artırıb?

Rusiyalı zənginlər yenidən varlanır – Bu il milyarderlər sərvətlərini nə qədər artırıb?

Rusiyanın ən varlı şəxslərinin sərvəti bu ilin əvvəlindən 21,13 milyard dollar artıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, rusiyalı iş adamları arasındakı ən varlı olan şəxs “Norilsk Nikel”in sahibi Vladimir Potanindir. İlin əvvəlindən bəri onun sərvətinin dəyəri 210 milyon dollar azalaraq 28,4 milyard dollara düşüb. 


Rusiyanın ikinci ən varlı adamı “Novatek”in əsas sahiblərdən olan Leonid Mişelsondur. Onun varidatı 2,68 milyard dollar artaraq 27,3 milyard dollar olub.


NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 3,42 milyard dollar varlanaraq sərvətini 23,3 milyard dollara çatdırıb. 


Reytinqdə dördüncü yerdə qərarlaşan “LUKoil”in qurucusu Vahid Ələkbərovun sərvətinin bazar dəyəri 6,4 milyard dollar artmaqla 21,8 milyard dollar olub. 

 

Rusiyanın varlı adamlarının sərvətini artırması 2022-ci ildəki dərin böhrandan sonra mühüm dəyişiklik sayılır. 2022-ci ildə ən varlı rusiyalılar 94 milyard dollar itirmişdi.

 

Sanksiyalar Rusiya dövləti ilə yanaşı onun vətəndaşlarının da kasıblamasına səbəb olub. 


Vasif


OXŞAR XƏBƏRLƏR