“Paşinyan üçün Qarabağ mövzusu bitib” – Sülh müqaviləsi nə zaman imzalanacaq?

“Paşinyan üçün Qarabağ mövzusu bitib” – Sülh müqaviləsi nə zaman imzalanacaq?

“Azərbaycanın Qarabağı tamamilə nəzarətə alması və suverenliyini bərpa etməsi Ermənistanla sülh müqaviləsinin bağlanmasını şərtləndirir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətini qoruyub saxlayacağı halda, Azərbaycanla sülh müqaviləsini imzalayacaq:

 

“Ermənistanın daxilindəki siyasi vəziyyət gərgindir, amma bu, hakimiyyəti dəyişəcək gücdə deyil. Fransanın isə Ermənistandakı aktivliyi Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Artıq Nikol Qarabağla bağlı məsələni bağlayıb. Sadəcə, Azərbaycanla sülh müqaviləsində güzəştlər qoparmaq üçün müəyyən siyasi spekulyasiya etmək istəyir”.

 

Ekspert bildirib ki, Ermənistanla Azərbaycan arasındakı Qarabağ mübahisəsi faktiki olaraq bitib:

 

“Artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilmir. Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli də hərbi variantla nəzərdə tutulmur. Ermənistan Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR