Avropada gözlənilən YENİ MÜHARİBƏ:  “Şimaldan hücum edəcəklər, arxalarında Putin dayanır”

Avropada gözlənilən YENİ MÜHARİBƏ:  “Şimaldan hücum edəcəklər, arxalarında Putin dayanır”

Kosovo prezidenti Vjosa Osmani ölkəsinin istənilən an serblərin hücumuna məruz qala biləcəyi ehtimalından danışıb.

 

Sfera.az bildirir ki, o, bu barədə “La Repubblica” nəşrinə açıqlamasında bildirib. Ölkə rəhbəri Serbiyanın ehtimal edilən addımını Putinin Krım planına bənzədib:

 

“Onların həmişə ərazi iddiaları olub. İndi serblər Putinin tətbiq etdiyi modeldən, yəni Krımı ilhaq etməsinə oxşar plandan istifadə etmək istəyirlər. Təbii ki, biz buna imkan verməyəcəyik. Əziyyətlə qazandığımız azadlıq və müstəqilliyimizi qorumaq üçün NATO qüvvələri ilə işləyirik”.

 

Osmani fikirlərini bu cür davam etdirib: “Serbiya bilməlidir ki, öz azadlığını müdafiə etməyə hazır bir xalqla qarşılaşacaq. Mümkün hücum nöqtəsi ilə bağlı hələ faktlar toplayırıq. Bunu ictimaiyyətə açıqlamağın vaxtı deyil. Amma onlar tarixən daha çox şimal tərəflərlə maraqlanıblar. Bu böhran Rusiyanın marağındadır. Moskva diqqəti Ukraynadan yayındırmaq üçün Avropa torpaqlarında yeni münaqişələrin olmasını istəyir”.

 

Qeyd edək ki, Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Lakin Belqrad, onun müttəfiqləri Çin və Rusiya Kosovonu tanımır.

 

Günay


OXŞAR XƏBƏRLƏR