\"Yas mərasimləri virtual olacaq, ölənlər öz dəfnlərində çıxış edəcəklər\" - ŞOK

\

Futuroloqlar 2050-ci ildən sonra dəfn mərasimləri ilə bağlı proqnozlarını bölüşüblər.

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, vəfat edən şəxslərin öz dəfn mərasimlərində danışa biləcəkləri açıqlanıb.

 

Belə ki, süni intellekt üzrə mütəxəssis Luke Budkanın sözlərinə görə, gələcəkdə dəfn mərasimlərində insanlar süni intellekt texnologiyası sayəsində vəfat etmiş qohumları ilə danışa biləcəklər.

 

Həmçinin, ölən şəxs də öz dəfnində çıxış edəcək.

 

“Bu, mərhumun səsini və xarakter xüsusiyyətlərini “ChatGPT” kimi çat-bota yükləməklə mümkün olacaq”, deyə bildirilib.

 

Qeyd olunub ki, gələcəkdə virtual dəfn mərasimləri də çoxalacaq: “Pandemiya zamanı insanların dəfn mərasimlərinə qatılma formasında dəyişikliklər oldu. Bəzi iştirakçılar videolink vasitəsilə bunu reallaşdırdılar. İndi də insanlar mərasimlərdə onlayn iştirak etməyə davam edə bilərlər”.

 

Futuroloqların fikrincə, gələcəkdə, yəni 2050-ci ilə qədər insanların dəfn əvəzinə dondurulması da mümkündür: “Ölümdən sonra dirilmə ehtimalı daha real olacaq. İnsanlar ölümdən sonra dondurulmağı seçəcəklər. Hazırda dondurma xidmətləri göstərən mərkəzlər (bədəni maye azot borusunda saxlamaq) çox bahadır. Bu üsul genişləndikcə qiymətlər ucuzlaşa bilər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR