"Zəlzələ peyğəmbəri"ndən KRİTİK AÇIQLAMA: "Güclü zəlzələ olacaq..."

Adətən seysmik aktivliklə bağlı proqnozlar yayan qalmaqallı tədqiqatçı Frenk Huqerbits yenidən bildirib ki, yaxın günlərdə...

 

Sfera.az xəbər verir ki, hollandiyalı alim oktyabrın 1-dən oktyabrın 3-dək olan dövrün kritik olacağını və güclü zəlzələnin baş verəcəyini bildirib. O, dəqiq harada olacağını deməyib.

 

“SSGEOS” hesabında yerləşdirdiyi videoda o, bu müddət ərzində maqnitudasının Rixter şkalası üzrə 7 bala çata biləcəyi seysmik aktivlik ehtimalı barədə xəbərdarlıq edərək, zirvənin oktyabrın 2-də baş verəcəyini qeyd edib.

 

Huqerbits  qeyd edib ki, həftə ərzində 4 planetar birləşmə baş verir və Merkuri, Yer və Neptun arasında birləşmənin şahidi ola bilərik. Bu, təhlükəli seysmik fəaliyyətə səbəb ola bilər.

 

SSGEOS İnstitutunun zəlzələ tədqiqatçısı Huqerbitsin xüsusilə də son bir il ərzində zəlzələlər baş verməmişdən əvvəl bir neçə dəfə xəbərdarlıq etdikdən sonra bütün dünyada çaxnaşma yaradıb.

 

Məsələn, Türkiyədəki zəlzələdən üç gün əvvəl yazırdı:

 

“Gec-tez bu bölgədə (Cənubi və Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) təxminən 7,5 bal gücündə zəlzələ baş verəcək”.

 

O, həmçinin Mərakeşdə Rixter şkalası üzrə 6,5 bal gücündə 5000-dən çox insanın ölümünə səbəb olan zəlzələ olacağını proqnozlaşdırıb.

 

Huqerbitsin proqnozları Yer qabığında artan gərginliyi proqnozlaşdıran riyazi modelə əsaslanır. O hesab edir ki, model zəlzələlərə meylli əraziləri müəyyən etmək və onların nə vaxt baş verəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

 

Şöhrətinə baxmayaraq, Huqerbitsin proqnozları bütün elm adamları tərəfindən dəstəklənmir. Bəziləri onun riyazi modelinin etibarsız və proqnozlarının qeyri-dəqiq olduğuna inanır.

 

Bəzi geoloqlar təkid edirlər ki, zəlzələlərin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür, lakin holland alim öz tənqidçilərinə cavab verməyə və planetlərin hərəkəti və mövqeyinin yer üzündə seysmik aktivliyin səbəbi olduğu nəzəriyyəsinin doğruluğunu təsdiqləməyə çalışır. (Lent.az)


OXŞAR XƏBƏRLƏR

263 illik evdə baş verən paranormal hadisələr ev sahiblərini qorxudur

2023-cü ilin sentyabrında 263 yaşı olan ev alan Kayli adlı Konnektikut sakini (ABŞ) evində baş verən izah olunmayan hadisələrlə bağlı hekayələri ilə internet is...

Türkiyədə xeyli sayda hotel bağlanacaq

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellə...

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözl...

Enrike İqlesiasın sevgilisi iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

20 ildən artıqdır ki, ispan müğənni Enrike İqlesiasla münasibətdə olan 43 yaşlı rusiyalı tennisçi və model, dünyanın keçmiş bir nömrəsi Anna Kurnikova iki ildən...

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...

Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.    Sfera.az xəbər verir ki, əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dün...