Sərhəddə snayper atəşinin hədəfləri - Paşinyan nə planlaşdırır?

Sərhəddə snayper atəşinin hədəfləri - Paşinyan nə planlaşdırır?

Qarabağda mərkəzi hakimiyyətin bərpa edilməsi fonunda Ermənistanın snayper atəşi ilə əsgərimizi şəhid etməsi İrəvanın sərhəd gərginliyinə start verə biləcəyinin anonsu hesab edilə bilər. Paşinyan hakimiyyətinin sərhəddə mümkün eskalasiyada çoxtərəfli maraqlı var.

 

Sülh danışıqlarına hesablanmış gediş: İrəvan Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” danışıqlarda kart kimi istifadə edir, bununla həm kommunikasiyanın açılması, həm də delimitasiya prosesində “güzəştlər” əldə edə biləcəyini umurdu, Bakının antiterror tədbirlərinin nəticəsində bundan məhrum oldular və bundan sonra Ermənistanın sərhədlə bağlı “güzgü prinsipi” planını – qoşunların qarşılıqlı geri çəkilməsi – gündəmdə saxlamaq üçün bir imkanı qalır: gərginliyi körükləmək;

 

Qranada görüşünə hazırlıq: İrəvan masada Qərb oyunçularının olmasını özü üçün fürsət hesab edir və sərhədlə bağlı istəklərini bu görüşdə irəli sürəcək; görüş öncəsi mümkün gərginlik isə Paşinyana iddialarını və istəklərini əsaslandırmaq imkanı verə bilər;

 

Moskvaya növbəti demarş: Ermənistan Rusiyadan uzaqlaşmaq, ölkənin təhlükəsizliyində digər qüvvələrin, xüsusilə Qərb ölkələrinin iştirakçılıq payını artırmaq xəttini tutub, hətta KTMT-dən çıxmaq məsələsini yenidən aktuallaşdıra bilər və bütün bu proses sərhəd gərginliyindən keçir;

 

Və Nikolun tezisinin təsdiq planı: Qarabağ məsələsi daxili siyasi seqmentdə Paşinyana qarşı əsas ittihamdır, narazı elektoratın bu məsələ üzərindən hakimiyyətə risklər yarada biləcəyi gözləntisi də az deyil; Paşinyan buna qarşı “Ermənistanı qorumaq” tezisini irəli sürür və istisna deyil ki, daxili siyasi gərginliyi sərhəddə yeni toqquşmalar üzərindən nəzarətdə saxlamağa çalışacaq;

Asif Nərimanlı
 


OXŞAR XƏBƏRLƏR

263 illik evdə baş verən paranormal hadisələr ev sahiblərini qorxudur

2023-cü ilin sentyabrında 263 yaşı olan ev alan Kayli adlı Konnektikut sakini (ABŞ) evində baş verən izah olunmayan hadisələrlə bağlı hekayələri ilə internet is...

Türkiyədə xeyli sayda hotel bağlanacaq

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellə...

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözl...

Enrike İqlesiasın sevgilisi iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

20 ildən artıqdır ki, ispan müğənni Enrike İqlesiasla münasibətdə olan 43 yaşlı rusiyalı tennisçi və model, dünyanın keçmiş bir nömrəsi Anna Kurnikova iki ildən...

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...

Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.    Sfera.az xəbər verir ki, əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dün...