Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilidi

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilidi

Lənkəran rayonunun Siyablı, Əşlə, Təngivan və digər kəndlərinin ərazisindəki meşə massivindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qaranın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, daxil olmuş müraciətlər əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Lerik rayon sakinləri Ələddin Sultanov, qohumu İlkin Sultanov və Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Babayev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq meşəlik ərazidən ayrı-ayrı vaxtlarda ümumilikdə 17 vətəndaşa məxsus 20 baş iribuynuzlu heyvanı oğurlayıblar. Oğurladıqları mal-qaranı Salyan, Cəlilabad və Masallı rayonlarının ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Faktlarla bağlı araşdırma aparılır. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçiri...

Bu evlərə sənəd verilməyəcək

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdiril...