Şir onu qəfəsə salmağa çalışan zoopark işçisini parçaladı

Şir onu qəfəsə salmağa çalışan zoopark işçisini parçaladı

Yaponiyada 53 yaşlı zoopark işçisi Kenichi Kato Tohoku bölgəsindəki safari parkında şirə yemək verərkən qəfəsin qapısını bağlamağı unudub. Təcrübəli zoopark işçisi yemək üçün qəfəsə cəlb etmək istəyərkən şir onu parçalayıb.
 

Sfera.az bildirir ki, kişi boynundan çox qan axmış vəziyyətdə tapılıb. Nəzarətçi xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
 

53 yaşlı Kato 27 il məşhur zooparkda işləyib. Onun faciəvi səhvi necə etdiyi dəqiq müəyyən edilməyib.


"Prosesin mahiyyəti ondan ibarətdir ki, biz qapını açıb içəriyə yemək qoyuruq. Yeməkləri yerləşdirdikdən sonra qapı bağlanmalı və kilidlənməlidir"- mərhumun ailəsinə başsağlığı verən zooparkın rəhbərlik nümayəndəsi hadisəni şərh edib.
 

"Kato və ailəsindən dərindən üzr istəyirik. Biz bunu son dərəcə ciddi qəbul edirik və oxşar hadisələrin baş verməməsi üçün tədbirlər görəcəyik"- deyə bəyanatda qeyd olunub.
 

Hadisə ilə əlaqədar yaxın günlərdə zooparkın bağlanacağı bildirilir.
 

Qeyd edək ki, ş belə faciələr vaxtaşırı olur. Belə ki, ötən il də pələng Meksikada özəl zooparkın baxıcısını parçalayıb. Kişi pələng yemək yeyərkən onu sığallamağa çalışıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR