Pakistanın iki əyalətində məscidlərə kamikadze hücumu - Ölənlər, yaralananlar var - FOTOLAR
Bu gün Pakistanda məscidlər yaxınlığında iki terror aktı törədilib. Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Mastunq və Xeyber-Paxtunxva əyalətinin Pişəvər şəhərində məscidin yaxınlığında baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub.
Sfera.az bildirir ki, polis partlayışın kamikadze tərəfindən törədildiyini təsdiqləyib, lakin hələlik heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.
Bəlucistan polis rəisi Əbdül Xaliq Şeyxin sözlərinə görə, kamikadzeni dayandırmaq istəyərkən yüksək rütbəli polis əməkdaşı da həlak olub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.
Qeyd olunur ki, avtomobilə yerləşdirilmiş partlayış insanların Məhəmməd peyğəmbərin doğum gününü qeyd etdiyi bir vaxtda baş verib.
Bəlucistan hakimiyyəti fövqəladə vəziyyət elan edib. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Eyni vaxtda Xeyber-Paxtunxva əyalətinin Pişəvər şəhəri yaxınlığındakı məsciddə növbəti partlayış baş verib.
Peşəvər yaxınlığındakı Hanqu partlayışında ölənlərin sayı hələ məlum deyil, lakin polis bir neçə nəfərin dağıntılar altında qaldığını bildirir.
Pakistanın daxili işlər naziri Sarfraz Buqti partlayışı çox iyrənc hərəkət adlandırıb.
Qeyd edək ki, Əfqanıstan və İranla həmsərhəd olan Bəlucistan Pakistanın ən böyük əyaləti kimi tanınır və tez-tez Tehrik-e Taliban Pakistan (TTP) və ya Pakistan Taliban və İslam Dövləti qruplaşması da daxil olmaqla silahlı yaraqlılar tərəfindən hədəf alınır.
Bununla belə, TTP cümə günü törədilən partlayışda iştirakını rədd edərək, belə bir hücumun onun siyasətinə zidd olduğunu bildirib.
Aynil
Sfera.az