Qənirə Paşayevanın həyata keçməyən arzusu - Yaxını danışdı + FOTO

Qənirə Paşayevanın həyata keçməyən arzusu - Yaxını danışdı + FOTO

"Qənirə xanımın yeganə arzusu vardı, heyif ki, həyata keçmədi. Deyirdi ki, "pensiyaya çıxanda İstanbula daşınacam, Boğazın altında ev alacağam. Orada ömrümün sonuna kimi kitablarımı yazacağam". Təəsüflər olsun ki, onun bu arzusu həyata keçmədi”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya əməkdar artist Elza Seyidcahan Milli Məclisin deputatı Qənirə Paşayevanın vaxtsız vəfatı haqqında danışarkən deyib. 

 

O, bildirib ki, Qənirə xanım ölümü ilə xalqını, onu sevənləri məyus etdi: 

 

"Qənirə xanımın 15-ə yaxın sözlərinə mahnı bəstələmişəm. Böyük bir yaradıcılıq yolu keçmişik. Mahnıların arasında ən çox sevdiyi də "Həyat, küsmə” idi. Deyirdi, istəmirəm insanlar küssün, intiharlar olsun. Doğrudan da bu mahnı nə qədər şəxsi intihardan döndərib. Amma Qənirə xanım qəfil gedişi ilə çox insanları həyata küsdürdü. Hamıya analıq edirdi, indi irili-xırdalı hamı anasız qaldı. Hətta öz doğma anasına da analıq edirdi”. 

 

 

Bəstəkar 2008-ci ildən 2015-ci ilə kimi Qənirə Paşayeva ilə bağlı xatirələri olduğunu qeyd edib: 

 

"Onun ölümü Türk dünyasına itkidir. Azərbaycan xalqının övladıdır, amma Qənirə  xanım Azərbaycan-Türkiyə dostluğunda böyük zəhməti var. Türkdilli ölkələri qarış-qarış gəzib, təbliğ edib. Hər dəfə özü ilə incəsənət xadimlərinini də səfərlərə aparardı, Azərbaycan musiqisini tərənnüm edirdi, ölkə siyasətini təbliğ edirdi. Mən deyərdim ki, indi o, dincəlir. Bakıdan rayona gedirdik, əlindən telefon düşmürdü, işləri telefonla da yoluna qoyurdu. Telefonlar onun beynini yorurdu. Qənirə xanım buna fikir vermirdi, təki kiminsə problemi həll olunsun. Nəinki öz bölgəsinin, hətta bütün Azərbaycan xalqının nümayəndələrinin, ona müraciət edən hər kəsin problemini yoluna qoymağa çalışırdı”. 

 

Elza Seyidcahan Qənirə xanımın inanclı biri olduğunu vurğulayıb: 

 

"Allaha, ocaqlara, ziyarətlərə inanırdı. Yemirdi, amma yedizdirirdi. Öz payını da insanlara yedirərdi. Onu sevənlərə səbr diləyirəm. Bu gün Qənirə xanımın əsl kəfəni Azərbaycan bayrağı oldu”. 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...